Cümə , Aprel 26 2024
azfa

Azərbaycanlı alim Əhmədrza Cəlalinin tezliklə edam ediləcəyi ehtimalı artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı alim Əhmədrza Cəlalinin tezliklə edam ediləcəyi ehtimalı artıb. Rejimin Tehran şəhər prokroru bununla bağlı açıqlama yayaıb. O yenidən Cəlalinin televiziya etirafı məsələsini təkrarlayıb və edam məsələsinin qəti olduğuna təkid edib.

Prokuror iddia edib ki, guya Əhmədrza Cəlali musad məmurları ilə səkkiz dəfə görüşdüyünü bildirib. Qeyd edək ki, Azərbaycanlı alim Əhmədrza Cəlali fövqəladə hallar və nüvə məsələləri üzrə doktordur. O xaricdən Tehrana konfransa dəvət edilib və Tehrana gələndə rejimin təhlükəsizlik orqanları tərəfindən yaxalanıb və işgəncə altında yalan vədlərlə saxta etiraf alınıb. İran məhkəməsi azərbaycanlı alim Əhmədrza Cəlaliyə edam qərarı çəxarıb.

Qeyd edək ki, dr. Cəlali etiraf filminin saxta şəkildə çəkildiyini və onun İsrailə İranın nüvə alimləri barədə casusluq etmədiyini bildirib.

Həmçinin yoxlayın

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Azərbaycanlı fəalın atası Cəbrayıl Pakrouh Təbrizdə rejimin İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars molla rejim Təbriz şəhər sakini Cəbrail …

Bir cavab yazın