Şənbə , Aprel 20 2024
azfa

SAV TV-nin açılışıyla bağlı GADTB başqanı Əjdər Təqizadənin təbriki

Türk millətinin gözü aydın! SAV TV işə başlayır!

Çoxdan gözlənilən özgür, bağımsız və gərçəkdən ulusal Güney Azərbaycan TV-sinin uydu yayım hazırlıqları uğurla sürməkdədir. Güney Azərbaycan Demokratik Türk Birliyi olaraq, SAV TV-nin açılışının Azərbaycan Türk Millətinə uğur gətirəcəyini ümid edir, Güneyin istiqlal səsini dünyaya yaymaq uğruna birləşən bacı-qardaşlarımızın yanında olacağımıza söz veririk.

Dəyərli SAV TV yönətimi

Elə bir zamanda işə başlayırsınız ki, iran adlanan yerin farsçı dövlət sistemi çöküm və ölüm ayağındadır. Bu önəmli zaman içində Sizin hər savınız millətimizin son milli qurtuluş savaşı üçün həyatı dəyər sayılacaqdır. Ümid edirəm ki, Türk millətimizin bağımsızlıq uğrunda apardığı mübarizənin doğru, düzgün və bütün qapsamlı səsi və savı olasınız. Bu yolda Sizə uğurlar diləyirik. GADTB başqanı olaraq əlimizdən gələn butun varlığımızla yanınızda olacağımızdan əmin olmağınızı istəyirik. Təki, Azərbaycan Milli Hərəkatının bağımsızlığı və özgürlüyü, birləşdirici mediamızın vaz keçirilməz savı və nəfəsi olsun.

Yeri gəldikdə, Sizi qarşıdan gələn 31 dekabr günü ilə bağlı təbrik edir, 2018-ci ildə bollu uğurlarınızı diləyirəm.

GADTB Başqanı Əjdər Tağızadə

2017-12-25

 

 

 

ساو تی وی-نین آچیلیشییلا باغلی گادتب باشقانی اژدر تقیزادنین تبریکی

تورک میلتینین گؤزو آیدین!

ساو تی وی، ایشه باشلاییر
چوخدان گؤزله‌نیلن اؤزگور، باغیمسیز و گرچکدن اولوسال گونئی آزربایحان ت و-سینین اویدو یاییم ‎حاضیرلیقلاری اوغورلا سورمکده‌دیر. گونئی آزربایحان دئموکراتیک تورک بیرلیگی اولاراق، ساو ت و-نین آچیلیشینین آزربایحان تورک میلتینه اوغور گتیره‌جگینی اومید ائدیر، گونئیین ایستیقلال سسینی دونیایا ‎یایماق اوغرونا بیرلشن باجی-قارداشلاریمیزین یانیندا اولاجاغیمیزا سؤز وئریریک.‎
دیرلی ساو ت و یؤنتیمی

ائله بیر زاماندا ایشه باشلاییرسینیزکی، ایران آدلانان فارسچی دؤولت سیستئمی چؤکوم و اؤلوم آیاغیندادیر. بو اؤنملی زامان ایچینده سیزین هر ساوینیز میلتیمیزین سون میللی قورتولوش ساواشی اوچون حیاتی ده یر ‎ساییلاجاقدیر. اومارام بو یولدا تورک میلتیمیزین باغیمسیزلیق اوغروندا آپاردیغی موباریزه‌نین دوغرو، ‎دوزگون و بوتون قاپساملی سسی و ساوی اولاسینیز. بو یولدا سیزه اوغورلار دیله‌ییریک. گادتب باشقانی اولاراق ا‎لیمیزدن گلن بوتون وارلیغیمیزلا یانینیزدا اولاجاغیمیزدان امین اولماغینیزی ایسته ییریک. تکی، آزربایحان ‎میللی حرکاتینین باغیمسیزلیغی و اؤزگورلوگو، بیرلشدیریجی مئدیامیزین واز کئچیریلمز ساوی و نفسی اولسون.
یئری گلدیکده، سیزی قارشیدان گلن 31-دئکابر گونو ایله باغلی تبریک ائدیر، 2018-جی ایلده بوللو اوغورلارینیزی ‎دیله‌ییرم.‎
‎‎ گادتب باشقانی اژدر تقیزاده
2017-12-25

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın