Çərşənbə , May 8 2024
azfa

Bəhaduri kürd valinin Qərbi Azərbaycanın inkişafına heç bir planının olmadığını etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyanın millət vəkili Hadi Bəhaduri rejimin Azərbaycana zorla təhmil etdiyi kürd vali Şəhriyarının Qərbi Azərbaycanın inkişafına heç bir planının olmadığını etiraf etdi.

O bu barədə 2019-cu il fevralın 7-də Qərbi Azərbaycanda Əhalinin Yatırım və Məşğulluq İşləri üzrə İşçi Qrupunun 17-ci iclasında açıqlama verib.

Kooperasiya, əmək və sosial rifah naziri, millət vəkilləri və vilayət məsullarının iştirakı ilə valilikdə keçirilən tədbirdə Hadi Bahaduri 2 il əvvəl Qərbi Azərbaycana vali təyin edilən qeyri-yerli kürd olan Məhəmməd Mehdi Şəhriyarinin fəaliyyətini sərt tənqid edərək deyib:  “Dəfələrlə tədbir keçirmişik. Lakin bizim əsas problemimiz Qərbi Azərbaycan üçün inkişaf planının olmamasıdır. Ona görə də biz əyalətin inkişafda olub və ya olmamağını başa düşə bilmirik.

Qərbi Azərbaycanın potensial sərmayə və imkanları qeyri-müəyyən vəziyyətdədir. İldə təxminən 10 min nəfər universitetdən məzun olur. Onlar çalışmaq üçün iş tapa bilmir. Sənaye şəhərcikləri tətil olunub, hesab eliyirəm ki,  səs-küylə iqtisadi problemləri həll etmək mümkün deyil.

Hazırda yüksək lisans və doktorluq diplomu olanlar fəhlə işləmək istəyir, hətta onu da tapa bilmirlər”.

Millət vəkili vurğulayıb ki, artıq şəkil çəkdirmək və reklam işiləri ilə məşğul olmaq vaxtı deyil. Biz valilik məsullarından inkişaf planının təqdim edilməsini tələb edirik.

Qeyd edək ki, işğalçı fars rejim Qərbi Azərbaycan vilayətini kürdüstanlaşdırmaq məqsədilə Azərbaycan bu hissəsinə zorla vali təyin edib. Həmin Antiazərbaycan və antitürk vali kürdləri bu vilayətdə vəzifəyə gətirməklə və vilayətin büdcəsini kürdlərə sərf etməklə məşğuldur.

 

Həmçinin yoxlayın

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Azərbaycanlı məhbusun həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcin Qızıl Hisar zindanında həbsdə …

Bir cavab yazın