Cümə , Aprel 26 2024
azfa

Güney Azərbaycanın futbol komandası rəsmi şəkildə Traxtur oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın futbol komandası, rəsmi sənədlərdə “Traktorsazi” adlanırdı.  Artıq “sazi” şəkilçisi komandanın adından rəsmi şəkildə ləğv olunacaq. Bu barədə “Traxtur” klubunun sahibi Zenuzi açıqlama verib.

Qeyd edək ki, Təbriz “Traktorqayırma” zavodunun adı ilə bağlı olan və farsca “Traktorsazi” adlandırın klub artıq farsca “Traktor” kimi, azərbaycanlılar arasında isə “Traxtur” şəklində tələffüz edilir.

Bundan öncə isə “Traxtur” klubunun sahibi Zenuzi “Səhənd” telekanalına müsahibədə ““Traktorsazi”nin adı dəyişdiriləcəkmi?” sualının cavabında demişdi ki, bu komanda onun tərəfdarlarına aiddir. Onlar istəsələr komandanın adını da dəyişmək mümkündür. Biz klubun kimlik və keçmişinə ziyan vurmadan bunu edə bilərik.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın