Bazar , Oktyabr 25 2026
azfa

Rusiya regionun təhlükə mənbəyi – “Metsamor”un ömrünü uzadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya bütün regionun təhlükə mənbəyi hesab edilən işğalçı Ermənistanda yerləşən “Metsamor”un ömrünü uzadır. Bu barədə “Rosatom”un baş direktoru Yevgeni Salkov jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, Rusiyanın “Rosatom” şirkəti Ermənistandakı “Metsamor” atom elektrik stansiyasının yeniləşdirmək variantını müzakirə edir. Mühəndislərimiz bunun üçün stansiyanın korpusunun möhkəmləndirilməsini və onun istifadə müddətinin uzadılmasını təklif ediblər.

O, AES-in korpusunu dəyişməyin çətin olduğunu buna görə də onun yüksək temperaturla möhkəmləndirilməsi məsələsinin nəzərdən keçirildiyini bildirib. Salkov bu texnologiyanın Rusiyanın bir neçə atom stansiyasında sınaqdan çıxarıldığını iddia edib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın