Cümə , Aprel 26 2024
azfa

Güney Azərbaycanın Traxtur komandası Saypanı udmaqla ikinci pilləyə yüksəldi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur futbol komandası Səhənd stadionunda Tehranın Saypa komandasını məğlub etməklə hələlik ikinci pilləyə yüksəlib.

İran futbol klublarının suepr liqa yarışlarının 20-ci həftəsində keçirilən yarışda

qonaq komandanın oyunçusu Məhəmmədrza Süleymani oyunun 7-ci dəqiqəsində hesabı açsa da, 16-cı dəqiqədə Əşkan Dejaqe, 18-ci dəqiqədə Ehsan Hacı Seyfi və 28-ci dəqiqədə Rza Əsədi qol vuraraq Traxtur komandasına qələbə qazandırıblar.

Beləliklə yarış 3:1 hesabı ilə Güney Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

Artıq Traxtur komandası xallarının sayını 37-yə çatdıraraq turnir cədvəlinin ikinci pilləsində yüksəlib.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın