Şənbə , İyun 6 2020
azfa

İrana qarşı silah sanksiyaları sanksiyasının uzadılmasını molla rejimini özündən çıxardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, regionu terrorçuları ilə qan gölünə çevirən molla rejimi silah sanksiyasının uzadılmasına qəzəblənib.

Fars-molla rejimin prezidenti Həsən Ruhani dünya ictimaiyyətini hədələyərək deyib ki. İrana tətbiq olunan silah embarqosu aradan qaldırılmasa, bunun ağır nəticələri olacaq.

Ruhani Nazirlər Kabinetinin toplantısında bu barədə deyib: “Amerikalılar silah sanksiyalarının götürülməsinə qarşı çıxır. ABŞ hökuməti bunu yaxşı bilməlidir ki, silah embarqosunun ləğvi nüvə razılaşmasının bir şərtidir. Əgər bu embarqo qaldırılmasa, nəticələri ağır olacaq”.

Ruhani təhdidlərin nədən ibarət olduğunu açıqlamayıb: “Bu mövzuda nələr edəcəyimizi P5+1 ölkələrinin liderlərinə göndərdiyim məktubun son paraqraflarında bildirmişəm. Onlar bunun nəticəsinin nə qədər ağır olacağını bilir”.

Qeyd edək ki, İranın sabiq prezidenti Mahmud Əhmədinejad 2006-cı ildə uranın zənginləşdirilməsi fəaliyyətini başladandan sonra BMT Təhlükəsizlik Şurası İrana bir sıra sanksiyalar tətbiq etmək qərarı verdi. Rəsmi Tehrana nüvə fəaliyyətlərini dayandırmaq çağırışının edildiyi 31 iyul 2006-cı il tarixli 1969 saylı qərarda İrana nüvə başlıqlı raketlər istehsal edə biləcəyi hər növ məhsulun satışı qadağan edildi. Eyni ilin 23 dekabrında 1737 saylı qərarla əvvəlki qərarlar təkrarlandı və əlavə olaraq iranlı tələbələrə sözügedən sahələrdə tədris verilməsi qadağan olundu. 24 mart 2007-ci ildə isə ağır silahların satışı dayandırıldı. Türkiyə və Braziliyanın əlehinə səs verdiyi 9 iyun 2010-cu il 1929 saylı qərarda isə mövcud qadağalara hərbi silahların satışı da əlavə olundu.

BMT TŞ-nin 5 daimi üzvü (İngiltərə, ABŞ, Çin, Fransa, Rusiya) və Almaniya ilə İranın 2015-ci ildə imzaladığı nüvə razılaşmasında İrana tətbiq edilən tank, zirehli döyüş maşınları, ağır topçu sistemləri, döyüş təyyarələri, hücum helikopterləri, döyüş gəmiləri, raket və raket sistemləri kimi silahlara qoyulan qadağaların 5 il sonra 18 oktyabr 2020-ci ildə aradan qaldırılmasına dair 1 maddə də yer alır.

Həmçinin yoxlayın

Türkiyənin dəstəklədiyi Liviya ordusu uğurla irəliləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin dəstəklədiyi Liviyada hökumət qüvvələri Sirt şəhərinin qərbindəki …

Qorqud adının yayıldığı sahələr və yaşayan “Dədə Qorqud hekayələri”

Qorqud adının yayıldığı sahələr və yaşayan “Dədə Qorqud hekayələri” GADTB: Məhərrəm Ergin (1925-1995)  – Türkoloq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir