Çərşənbə , May 8 2024
azfa

İrqçi fars rejimin Əlaltıları Təbrizdə tarixi Babaxan evini dağıtdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Güney Azərbaycandakı əlaltıları Güney Azərbaycanın tarixi abidələrini dağıtmaqda davam edirlər. Son olaraq isə Güney Azərbaycanın Təbriz şəhərində Qacarlar dövrünə aid Babaxan evi bələdiyyə tərəfindən dağıdılıb.

Tarixi abidənin dağıdılması ilə bağlı xəbər sosial mediada yayıldıqdan sonra  Şərqi Azərbaycan Vilayətinin Mədəni Miras, Əl Sənayesi və Turizm idarəsinin müavini Əlirza Qoçi dağıdılan abidəyə baş çəkib və söküntünü müvəqqəti dayandırıb.

Qoçi Təbriz bələdiyyəsinin həmin ərazidə apardığı inşaat işləri ilə bağlı Mədəni Miras, Əl İşləri və Turizm idarəsindən heç bir sorğu keçirmədiyini deyib.

Qeyd edək ki, Təbrizin Camışavan məhəlləsində, Babaxan döngəsində yerləşən tarixi abidə 2008-ci ildə 22850 nömrəsi ilə milli abidələr siyahısına salınmışdır.

Həmçinin yoxlayın

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Azərbaycanlı məhbusun həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcin Qızıl Hisar zindanında həbsdə …

Bir cavab yazın