Şənbə , Aprel 27 2024
azfa

İrqçi fars rejimin hər növ şərait yaratdığı İsfahanda 18 millət vəkili istefa verdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimin İsfahan vilayətindən olan deputatlar kütləvi şəkildə istefa veriblər. Onların istefa məktubu bu gün rejimin Parlamentinin Rəyasət Heyətinə təqdim olunub.

Deputat Əkbər Türki bildirib ki, parlamentarilər İsfahan vilayətinin su təchizatı ilə bağlı layihələrin gələn ilin büdcəsindən çıxarılmasına etiraz olaraq bu addımı atıblar:

“Deputatlar istefanın qanuni mərhələlərinin keçməsini gözləyirlər”.

Qeyd edək ki, İsfahan vilayəti İran Parlamentində 18 deputatla təmsil olunur. Bu vilayətdə farslar çoxluq təşkil etdiyi üçün rejim bu vilayətə həddindən artıq diqqət göstərib müstəmləkə vəziyyətində saxladığı Azərbaycanın da sərvətlərini digər fars bölgələri ilə yanaşı İsfahana xərcləyib.

Həmçinin yoxlayın

Evin zindanında azərbaycanlı fəalların qeyri-müəyyən vəziyyətdə həbsi 80 gündən çoxdur davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Tehrandakı Evin zindanının 4 saylı təcridxanasında saxlanılan azərbaycanlı …

Azərbaycan tərəfindən BMT-də Ermənistana qarşı məhkəmə işi başa çatıb

GADTB: Azərbaycan Ermənistanın işğal etdiyi ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini əsas gətirərək …

Bir cavab yazın