Cümə , Aprel 26 2024
azfa

Körfəzdə irqçi fars rejimə qarşı ABŞ-la müttəfiqləri toplantı keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Körfəz Əməkdaşlıq Şurasının hərbi rəhbərləri və ABŞ Hərbi-Dəniz Qüvvələri komandanları Bəhreyndə toplantı keçirib.

Paytaxt Manamada təşkil olunan toplantıda regionun sərbəst ticarət dövriyyəsi və dənizlərin təhlükəsizliyi məsələləri müzakirə olunub.

Xəbəri Yaxın Şərq və Şimali Afrika ölkələrində ərəbcə yayımlanan “Əl-Hürra” kanalı yayıb. Lakin toplantıda iştirak edən körfəz ölkələrinin adı açıqlanmayıb.

Qeyd edək ki, ABŞ-la İran arasında sözügedən bölgədə gərginlik davam edir. Vaşinqton donanmasını bölgədəki qüvvələrinə İrandan gələ biləcək təhlükələrə qarşı körfəzə göndərib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın