Şənbə , Avqust 15 2026
azfa

İrqçi fars rejim Təbrizin Neftayırma Zavodunu öz əlaltılarına satdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanda müstəmləkəçi siyasət istiqamətində Təbrizin Neftayırma Zavodunu öz əlaltılarına satdı.

Rejimin bu qarət və müstəmləkə siyasəti milli fəallarına etirazı ilə yanaşı yerli millət vəkillərinin də narazılığı ilə qarşılaşıb.

Güney Azərbaycanda daha bir önəmli zavod özəlləşdirmə bəhanəsi ilə səssizcə hərraca çıxarılıb.

Təbriz Neft Emalı Zavodunun hərraca çıxarılması mətbuatda işıqlandırılmayıb, prosesin gizli şəkildə aparılması yenə də etirazlara səbəb olub.

Təbrizin rejimin məclisindəki millət vəkili Əhməd Əlirzabeygi də u məsələyə etiraz edərək, deyib: “Azərbaycan əhalisinin millət vəkillərinin belə bir hərracdan xəbəri yoxdur. Hər zaman belə olur, beytül-mal talan edildikdən sonra bizə deyirlər ki, indi gəlin bu məsələni araşdırın. Fikrimcə Özəlləşdirmə Təşkilatı məqsədəuyğun şəkildə fəaliyyət göstərmir. Ona görə də bu təşkilatla bağlı məsələlər öz həllini tapmayana qədər sənaye müəssisələrinin kiməsə verilməsi qanunsuzdur. Təbriz Maşınqayırma Zavodunun özəlləşdirilməsi ilə bağlı problemlər, həmçinin Azərbaycan sənayesinə vurulan ziyanla əlaqədar müraciətlər hələ heç bir nəticə verməyib.”.

Əhməd Əlirzabeygi rejimin prezidenti Həsən Ruhaniyə müraciətin uzun sürəcəyi üçün onlar məsələ ilə ağlı məhkəməyə müraiəti edib bu hərraca etirazlarını ildirdiklərini dedi.

Həmçinin yoxlayın

Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb

Qərbi Azərbaycan Regional Su Şirkətinin baş direktoru Məcid Dəstqahi deyib ki, avqustun 15-də Urmiya gölünün …

Neft sızıntısı Fars körfəzində ekosistemi təhlükə qarşısında qoyub

Qeşm adası sahillərində qeydə alınan neft sızıntısının Fars körfəzinin həssas dəniz ekosisteminə ciddi təhlükə yaratdığı …

Bir cavab yazın