Cümə axşamı , Noyabr 26 2026
azfa

Zelenski türklərə vətəni Krımı geri qaytaracağına ümid edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenski öz Feysbuk səhifəsində Krım tatarlarının deportasiyasının 75 illiyini şərh edərkən deyib ki, Ukrayna Krımı geri qaytaracaq.

“İnanıram ki, biz Krım tatarlarının vətənini işğaldan azad edəcəyik. Krıma qayıdış yolu nə qədər uzun olsa da, biz Krım tatarları ilə birgə addımlayacağıq. Biz bunu birgə edəcəyik. Unutmayın ki, ən qaranlıq gecə belə şəfəqlə bitir”, – deyə o bildirib.

Həmçinin yoxlayın

Dolların qiymətində rekord artım fonunda hökumətyönlü media İrana böyük həcmdə dollar əskinaslarının gətirildiyini xəbər verir

GADTB: Dolların məzənnəsinin təxminən 285 min tümənə yüksəlməsi və rialın dəyərdən düşməsinin davam etməsi fonunda …

Tramp: İsrailin İranda rejim dəyişikliyinə nail olmaq məqsədi, yəqin ki, həyata keçirilə bilər, amma bu, mənim məqsədim deyil

GADTB: ABŞ Prezidenti Donald Tramp İslam Respublikasına qarşı hərbi əməliyyatların maliyyələşdirilməsinin 2027-ci ilin yanvar ayının …

Bir cavab yazın