Çərşənbə , İyun 3 2020
azfa

Məhkəməyə müraciət edən azərbaycanlı milli fəal oğurlanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən mayın 18-də səhər saatlarında Urmiyada rejimin məhkəməsinin hökmləri icra edən şöbəsinə gedən azərbaycanlı milli-mədəni fəal Qulam Hüseynquluzadənin (Qulizadə) vəziyyəti barədə heç bir xəbər yoxdur.

Rejimin bir il həbs cəzasına məhkum etdiyi Urmiya sakini olan azərbaycanlı fəal Qulizadə dünən cəzanın icrası üçün hökmləri icra edən məhkəmənin 9-cu şöbəsinə gedib. Lakin fəal oğurlanıb və ondan heç bir məlumat verilmir.

Qeyd edək ki, Qulam Qulizadə 2018-ci ilin iyul ayının 5-də, Kəleybərdə təşkil edilən Babək Qalası Qurultayında rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdı. Yaxalanan zaman fəal məmurlar tərəfindən vəhşicəsinə döyülmüşdür. Qulizadə, bir gün xəstəxanada müalicə aldıqdan sonra rejimin Urmiyadakı zindanına köçürülmüşdür.

Qulam Qulizadə 25 gün saxlandıqdan sonra mülki vəsiqə ilə  müvəqqəti zaminə buraxılmışdır.

Qulizadə rejimin Urmiyadakı İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən “Milli təhlükəsizliyi pozmaq” ittihamı ilə 5 il həbs cəzasına məhkum edilmişdir. Lakin daha sonra rejimin Urmiyadakı Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi verilən cəzanın müddətini bir ilədək azaldıb.

Azərbaycanlı fəal mədəni fəaliyyətlərinə görə, dəfələrlə yaxalanıb və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Meşginşəhr bölgəsində tarixi qaya rəsimləri aşkarlanıb-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Meşginşəhr (Xiyav) bölgəsində 15 yeni tarixi …

Türkiyə hazırladığı koronavirus vaksininin istehsalına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Qızıl Ay Komitəsinin başçısı Kərəm Kınık koronavirus …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir