Cümə , Aprel 26 2024
azfa

Mollalarla Sepahın Çindən gətirdiyi koronavirusdan İranda milyonlarla ölən olacağı açıqlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mollalarla terrorçu Sepahın Çindən gətirdiyi koronavirusdan İran adlanan ərazidə öləcək  milyonlarla insanların sayı üç proqnoz üzrə açıqlandı.

Tehranın ən nüfuzlu universitetlərindən olan Şərif Texnologiya Universitetində professor Əli Nəqi Məşayixinin rəhbərliyi ilə hazırlanan hesabatda virusun İrana təsirləri haqda 3 ssenari irəli sürülüb.

Birinci ssenari: Karantinin sərtləşdirilməsi və xalqın virusdan qorunması üçün tövsiyələrə tam əməl etməsidir. İnsanların 80 faizinin izolyasiyada qalacağı bu ssenaridə aprel ayının əvvəlinə qədər yoluxma sayının 120 min, ölü sayının isə 12 min olacağı proqnozlaşdırılır.

İkinci ssenari: Karantin qaydaları tam həyata keçirilməsə və insanların təmas səviyyəsi 50 faiz olarsa, aprel ayının əvvəlinə qədər yoluxma sayı 300 min, ölü sayı 110 min civarında olacaq.

Üçüncü ssenari: Karantin tətbiq edilməsə və insanlar virusdan qorunmaqla bağlı tövsiyələrə əməl etməsə, virusun yayılma sürəti 65 faizə qədər artacaq. Nəticədə yoluxma sayı 4 milyon, ölü sayı isə 3 milyon 500 min civarında olacaq.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın