Koronavirusa görə Eurovision ləğv edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu ilin may ayında Niderlandda keçirilməli olan “Eurovision” mahnı müsabiqəsi ləğv edilib. Bu barədə təşkilatçıların tvitter hesabındakı məlumatında deyilir.

May ayında keçirilməsi planlaşdırılan “Eurovision 2020” beynəlxalq musiqi yarışması koronavirus pandemiyası səbəbilə ləğv ediləcək.

Publika.az xəbər verir ki, bu barədə İsrail Yayım Korporasiyası tvitterdə məlumat yayıb. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib. Qeyd olunur ki, ölkənin Səhiyyə Nazirliyi müsabiqəni tamaşaçısız belə keçirməməyi tövsiyə edib. Mənbələrin sözlərinə görə, gün ərzində müsabiqənin ləğvi ilə bağlı rəsmi açıqlama gözlənilir.

Martın 17-də isə “Eurovision” təşkilatçıları tvitter hesabından bildirmişdi ki, dünyada daim dəyişən vəziyyəti izləyirlər və tezliklə dəqiq məlumatlar yayacaqlar:

“Anlayırıq ki, hazırki “Eurovision”un taleyi ilə bağlı daha çox xəbər tapmaq istəyirsiniz … Xahiş edirəm bizimlə qalın. Ümid edirik ki, tezliklə daha dəqiq informasiyalar verəcəyik”.

Məlumat üçün bildirək ki, vokal müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçirilməlidir. Azərbaycanı bu il müsabiqədə Samirə Əfəndi “Cleopatra” mahnısı ilə təmsil edir.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …

Bir cavab yazın