Cümə , Aprel 26 2024
azfa

Sulduzda azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə posterlər yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz şəhərində irqçi fars rejimin 15 il həbsə məhkum etdiyi azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə posterlər hazırlanaraq divarlara yapışdırılıb.

Posterlərdə Abbas Lisaninin şəkili ilə yanaşı onun məhkəmə iclasındakı dediyi sözlər  də əks etdirilib.

Abbas Lisani məhkəmə demişdir: “Hökm nə olur-olsun, ömürlük həbs və ya edam olması heç fərq etməz. Tək bir addım geri atmayacağam. Bədənimdə tək bir hüceyrə diri qalsa belə millətim və vətənim Azərbaycan yolunda mübarizəyə davam edəcək!”

Qeyd edək ki, irqçi fars rejim Abbas Lisanini 15 il həbsə və 2 il sürgünə məhkum etmişdi. Rejimin Ali Məhkəməsi fəal barədə çıxarılan bu ədalətsiz qərarı olduğu kimi təsdiq edib.

Həmçinin yoxlayın

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Azərbaycanlı fəalın atası Cəbrayıl Pakrouh Təbrizdə rejimin İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars molla rejim Təbriz şəhər sakini Cəbrail …

Bir cavab yazın