Əhalinin israrından sonra Mərəndin üç kəndinin türkcə adı qaytarılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, əhalinin davamlı israrı nəticəsində Mərəndin üç kəndinin türk adı özünə qaytarılır.

Mərənd şəhərinin adları dəyişdirilərək “Pəyam”, “Dugican” və “Üryantəpə” qoyulan kəndlərinin əsil türk adlarının yenidən özünə qaytarılması dair şəhərin aidiyyəti orqanında iclas keçirilib.

İclas üç kəndin əhalisinin və “kənd islam şuraları” üzvlərinin israrı nəticəsində baş tutub.

İclasda sənədlər və faktlar yoxlanıldıqdan sonra, qeyd olunan kəndlərin əvvəlki türk adları bərpa olunaraq “Pəyam” kəndinin adı “Yam”, “Üryantəpə”nin adı “Ayrandibi” və “Dugican” kəndinin adı isə yenidən “Doycan” kimi təsdiq olunub.

Qərar dəsdiq edilmək üçün irqçi fars rejimin Daxili İşlər Nazirliyinə və Nazirlər Kabinetinə göndəriləcək.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanda azərbaycanlıları assimilyasiyaya uğradıb, bir millət kimi yox etmək məqsədilə minlərlə türk mənşəli toponimi farslaşdırıb.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın