Çərşənbə , Fevral 11 2026
azfa

Ərəb vəliəhd PKK terrorçularını maliyyələşdirməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Səudiyyə-BƏƏ əməkdaşlığının Suriyada PKK terror qruplaşması ilə münasibətləri yeni mərhələyə qədəm qoyub.

Həftə ərzində bu ölkələrin nümayəndə heyətləri Suriyadakı PKK işğalında olan əraziləri ziyarət ediblər.

Nümayəndə heyətləri Haseke, Ayn əl-Arab, Menbiç, Tel Abyad və Rasul Aynı gəzərək Türkiyə sərhədində inşa ediləcək müşahidə nöqtələri barədə terrorçulardan məlumatlar alıblar. Körfəz heyəti ABŞ-ın yaradacağı məntəqələrin maliyyələşdirilməsini öz üzərinə götürüb. Bununla da BƏƏ və Səudiyyə sərhəddə “mühafizə dəstəsi” adı altında fəaliyyət göstərəcək terrorçuların maaş, qida və hərbi təchizat xərclərini təmin etməyə razılıq verib.

Həmçinin yoxlayın

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

GADTB: Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Bu, Azərbaycan Respublikası …

Molla rejimi İsfahanda nüvə obyektində tunel girişlərini tam örtür

GADTB: Nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində nüfuzlu beynəlxalq beyin mərkəzi olan “Elm və Beynəlxalq …

Bir cavab yazın