
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı sənətçi və yazıçı Hüseyn Həsənnəjad anası ilə birlikdə Ərdəbilin kəndlərində uşaqlara türk ddilində çap edilmiş kitablar paylayıblar.
Azərbaycanlı sənətçi bundan öncə də oxşar mədəni aksiyalarla Güney Azərbaycan kəndlərində uşaqlar arasında ana dilinə rəğbət oyatmaq mqsədilə türk dilində kitab paylayıb.
Azərbaycanlı sənətçi həmçinin Xoyda baş verən zəlzələdən zərər çəkən uşaqlara dəstək üçün əsərlərini satışa çıxararq, əldə etdiyi gəliri onlara yardım etmişdi.
Azərbaycanlı sənətçi sosial şəbəkə hesabında keçirdikləri son aksiya ilə bağlı yazıb: “Anamın əhval-ruhiyyəsini sevirəm. Xəstəliyinə baxmayaraq uşaqlara türkcə kitab bayramlıq verməklə yeni günəş ilinin ilk gününü başladı”.