GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərinin ən qədim məscidi hesab edilən Ətiq məscidi ətrafında aparılan arxeoloji qazıntılar zamanı küp qəbirlər aşkar edilib.
Bu barədə açıqlama verən Ərdəbil Vilayəti Mədəni İrs, Əl İşləri və Turizm Baş İdarəsinin rəisi Nadir Fəllahi deyib ki, ekspertlərin araşdırması və arxeoloji qazıntılar nəticəsində Ərdəbil şəhərində Cümə məscidinin burada tikilən ən qədim məscid olduğu müəyyənləşib.
O deyib: “Qazıntılar nəticəsində bəzi qəbirlər aşkar edilib. Görünür ki, ölüləri dəfn etmədən əvvəl onları saxsıdan hazırlanan və küp formasında olan tabutların içinə qoyublar. Həmçinin, bəzi qəbirlərdə baş daşı yerinə saxsıdan hazırlanan qab qoyulub ki, həmin saxsıların böyüklüyü bu sənətin həmin dövrdə Ərdəbil şəhərində nə dərəcədə inkişaf etdiyini göstərir”.
Qeyd edək ki, Ərdəbilin Ətiq məscidi İslamdan əvvəl və İslam dövrünə məxsus memarlığı özündə birləşdirən yeganə binadır. Məscidin tikintisindən 1500 il keçsə də, möhkəm dayanıb. Məscidə belə bir adın verilməsi onun çox qədim bina olması ilə əlaqədardır. Bu məscidin əsas hissəsi Səlcuqilər dövrünə aiddir və son zamanlar aparılan arxeoloji qazıntıları nəticəsində bir çox əşyalar aşkar edilib. Cümə məscidi Səlcuqilər və Elxanilər dövründə daha böyük olub. Hal-hazırda Cümə məscid adlanan yer həmin məscidin günbəzi və eyvanını təşkil edir. Qalan digər hissələrin biri minarənin bünövrəsidir. Tam Səlcuqi dövrünə aid memarlıq tərzinə uyğun şəkildə tikilib və iki hissədən ibarədir: 8 künc bir dayaq və 5 m hündürlüyündə dairəvi minarə.
Qazıntılar nəticəsində aşkar edilən ikinci hissə ağac atmalarla örtülən və 5.12 * 8.9 m məsciddir ki, ağacdan yontalanan 9 ədəd sütunu var. Həmin sütunlar daşdan olmayan dayağın üzərində qoyulub. Giriş qapı taxtadan olub üzərində dəmirdən olan ornamentlər var. Böyük mismarlarla həmin taxtadan olan qapının üzərində vurulub. Qapının digər hissəsində bəzi sözlər yazılıb. Binanın üçüncü hissəsi tağ və günbəzdən ibarətdir və çox az dekor işləri görülən kərpicdən tikilib. Demək olar ki, bu hissənin üzərində olan fasad məhv olaraq gedib, yalnız kiçik bir hissədə qalıb.