Cümə axşamı , Noyabr 13 2025
azfa

Ərdəbildə Türkmənsəhraya yardım məsələsində rejimin ayrıseçkiliyinə etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində Türkmənsəhraya daşqın fəlakətilə bağlı yardım məsələsində rejimin ayrıseçkiliyinə etiraz məqsədilə divarlara şüarlar yazıldı.

Azərbaycanlı fəallar etiraz məqsədilə divarlara yazıb: “Türkmənsəhrada rejimin xoş üzünü görmək mümkün deyil”, “Antitürk dövlətin yarıtmaz siyasəti və irqçiliyi türkmənlərin kabusuna çevrilib”, “Yaşasın türkmən bacı və qardaşlarımız” və s.

Azərbaycanlı fəallar bu şüarlarla irqçi fars rejimin türk millətinə qarşı irqçilik və ayrıseçkilik siyasətinə etiraz ediblər.

Qeyd edək ki, işğalçı fars rejim türkmənləri daşqın təhlükəsilə üz-üzə qoymaqdan əlavə, həmçinin qəsdən bölgədə fəlakətin baş verdiyini informasiya blokadasına almış, hər növ yardımın göstərilməsinə də maneçilik törətməyə çalışıb. Bu isə Azərbaycan türk millətinin etirazına səbəb olub.

Həmçinin yoxlayın

“Traxtur” 2025-ci ilin İranın adlanan ərazidə ən yaxşı futbol komandası seçildi!

GADTB: Futbol Tarixi və Statistikaları üzrə Beynəlxalq Federasiya (IFFHS) 2025-ci il üçün dünyanın ən güclü …

Tikantəpənin Zərəşuran qızıl mədəninin işçiləri etiraz aksiyası keçiriblər

GADTB: Bu gün Tikantəpə (Təkab) şəhərində yerləşən Zərəşuran qızıl mədəninin bir qrup işçisi müəssisənin inzibati …

Bir cavab yazın