Çərşənbə , Aprel 24 2024
azfa

Ərdoğanın “Araz” şeiri İranın Azərbaycana düşmən mövqeyini bir daha ifşa etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə prezidenti Ərdoğanın Bakıda Zəfər Paradı zamanı Azərbaycanın taleini əks etdirən dillər əzbəri olan məşhur “Araz” şeirini oxuması İranın Azərbaycana qarşı bir daha düşmən mövqeyi sərgilədiyini ifşa etdi.

Zərif və İranın irqçi farsları Azərbaycanın sevincinə dözə bilməyib, Ərdoğanın şeirini bəhanə edərək Azərbaycan Respublikasının müstəqilliyinə qəsd ediblər.

Məhəmməd Cavad Zərif dekabrın 11-də “Twitter” səhifəsində bir paylaşımda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən Bakıda keçirilən Zəfər paradında etdiyi çıxışında “Araz” barədə oxuduğu şeirə kəskin reaksiya verib.

Türkiyə prezidentinə qarşı siyasi etikadan kənar ifadələr işlədən Zərif deyib: “Ərdoğana deməyiblər ki, onun Bakıda səhvən oxuduğu şeir Arazın şimalındakı bölgə və ərazilərin öz doğma ana yurdu olan İrandan zorla ayrılması haqqındadır.

Görəsən o başa düşmədi ki, bununla da o Azərbaycan Respublikasının hakimiyyəti və müstəqilliyinin əleyhinə danışıb.  Heç kəs bizim əziz Azərbaycanımız haqqında danışa bilməz”.

Zərifin bu kinayəli düşmən mövqeyi Güney Azərbaycanda sosial şəbəkə istifadəçilərinin kəskin etirazına səbəb olub. Onlar Zərifə xitabən bildiriblər ki, Azərbaycan əgər onlar üçün belə əzizdirsə nə üçün onlar Azərbaycanı müstəmləkə edib, sərvətlərini talayıb, igid oğullarını həbsə atıb, dilini isə yasaq ediblər!!!!

Üstəlik əgər Azərbaycan onlar üçün belə əzizdirsə, nə üçün Azərbaycan Respublikasının ərazisini işğal etmiş Ermənistanı daim dəstəkləyib, Azərbaycana qarşı silahlandırmışlar!!!

Həmçinin yoxlayın

GADTB Mərkəzi Şurasının üzvü, dünya şöhrətli alim Xəlil bəy Kələntərin “İctimai TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Mərkəzi Şurasının …

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …

Bir cavab yazın