
GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb.
Smurfların dünyasına sərbəst yanaşma əsasında hazırlanan “Şirinlər” tamaşasının müəllifi Mürtəza Vəlizadə, quruluşçu rejissorları isə Məhsa Məhəmmədi Fərşid və Mürtəza Vəlizadədir. Tamaşa azər ayının 12-dən etibarən Naci kinoteatrının Səyami salonunda səhnəyə qoyulacaq.
Tamaşanın afişası tanınmış teatr rəssamı və qrafik dizayner Şahin Ələvi tərəfindən hazırlanıb.
Türk dilində və musiqili janrda hazırlanan bu tamaşa musiqi ilə teatrın vəhdətini fərqli şəkildə təqdim etməyi hədəfləyir. Bir il yarım davam edən məşq və hazırlıq prosesindən sonra əsər tamaşaçıların ixtiyarına verilir.
“Şirinlər” tamaşasının məhdud sayda nümayiş günləri üçün biletlər afişanın təqdimatı ilə eyni vaxtda Ebilit.com saytı vasitəsilə satışa çıxarılıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi