Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Əhərdə Şeyx Şəhabəddin tarixi abidəsi İran rejiminin laqeydliyi üzündən dağıdılır-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əhər şəhərində 700 ildən çox tarixə malik olan Şeyx Şəhabəddin abidəsi İran rejiminin təyin etdiyi əlaltılarının laqeydliyi üzündən dağıdılmaqdadır.

Bununla bağlı Əhərdən olan azərbaycanlı gənclərdən biri video çəkərək yayıb.

Tarixi Abidənin özü baxımsız vəziyyətdə saxlanılmaqla yanaşı, həmçinin tarixi abidənin həyətində saxlanılan neçə yüz illik daş kitabələr və qəbir daşları həyətdə əhalinin gəzdiyi yerə tökülüb və yağış, qar, və s. nəticəsində dağılıb məhv olmaqdadır.

Azərbaycanlı gənc çəkdiyi videoda Azərbaycanın bu tarixi abidəsinin vəziyyətindən təəssüfləndiyini dilə gətirərək, deyib: “Demək olar ki, İranın 80% şəhərlərini gəzmişəm, ancaq Şiraz, İsfahan, Yəzd və başqa şəhərərdə tarixi abidə və əsərlərə qarşı belə laqeydlik görməmişəm”.

Qeyd edək ki, İranın irqçi fars rejimi Güney Azərbaycanda Azərbaycan Türk Millətinin assimilyasiyaya uğradıb məhv etməklə yanaşı, Azərbaycan Azərbaycan Türk Millətinin maddi mədəniyyətini bu şəkildə dağıdıb məhv edir.

Həmçinin yoxlayın

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və …

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …