Şənbə , Oktyabr 17 2026
azfa

Əkbər Azad: “Azərbaycanın tarixi torpaqlarını kimsəyə güzəştə getməyəcək”

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, tanınmış azərbaycanlı fəal və yazıçı Əkbər Azad Abbas Lisaninin evində toplaşan azərbaycanlı fəallar qarşısında çəxış edərək, bir sıra mühüm məsələlərə fikir bildirib.

Əkbər bəy Azərbaycan millətinin özünə tanıdığı haqq-hüququ başqa millətlərə də tanıdığını lakin Azərbaycanın tarixi torpaqlarına göz tikənlər barədə əsla güzəştə getməyəcəyini deyib.

Əkbər Azad görüşdə Güney Azərbaycanın hüquqları üzrə təşkilatlanmanın əhəmmiyyəti barədə danışıb.

“Təşkilat formasına fəaliyyət göstərmək və təşkilatlanmaq xalqımızın haqq və hüquqlarını almaq istiqamətdə vacib bir məsələdir. Lakin beynəlxalq qurumlarda xalqımızın təmsil oluna bilməsi üçün təşkilat qurmaq prosesi şəffaf və demokratik şərtlər əsasında olunmalıdır”

Əkbər Azad Azərbaycan millətinin tarixin müəyyən çağlarında kürdlərə mənsub terrorist qruplar tərəfindən soyqırıma məruz qaldığını deyib.

Əkbər Azadbununla bağlı deyib:  “Mühacir kürdlər bir neçə on il ərzində qonşu ölkələrdən Azərbaycana sığınıblar. Lakin Azərbaycan xalqının onlara sayğı ilə yanaşmarlarından öz məqsədlərinə istifadə etməməli, Azərbaycanın ərazi bötüvlüyünü tanımalı və sayğı ilə yanaşmalıdırlar. Əks halda İraqda çaxnaşmalar nəticəsində Azərbaycana sığındıqları kimi, gəldikləri yerlərinə qayıtmalıdırlar.”

https://t.me/GADTB1/34203

Həmçinin yoxlayın

Əhərin Zəglik kəndində 800 illik çinar ağacı tualet tikintisi bəhanəsi ilə kəsilib!

GADTB: Əhərin Zəglik kəndində yerləşən, yaşı 800 ildən çox olan və milli səviyyədə qeydə alınmış …

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …