Ələhvazda İran rejiminin irqçiliyinə qarşı keçirilən etiraz aksiyalarında çoxsaylı ərəb fəalı həbs edilib – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi Ələhvazın yerli ərəblərinin fars rejiminin irqçiliyinə qarşı keçirdikləri etiraz aksiyalarını yatırmaqda davam edir.  Məlumata görə Ələhvaz şəhərində rejimin ərəblərə qarşı yürütdüyü irqçilik siyasətinə qarşı keçirilən dinc etirazlarda tutulanların sayı 40 nəfərə çatıb.

Mart ayının 30-da da minlərlə Ələhvaz ərəbinin qatldığı etirazlarda, İran Dövlət Televiziyasında ölkədə ərəb xalqının varlığını və onun milli kimliyini inkar edən verilişin düşünülmüş şəkildə yayılmasına kəskin etiraz bildirilib. Qeyd olunur ki, Ələhvazın mərkəzində yerləşən Nadiri küçəsində polis və təhlükəsizlik qüvvələrinin dinc aksiyaçılara qarşı silah, dəyənək və gözyaşardıcı qazdan istifadə etməsindən sonra etirazçılarla rejimin qüvvələri arasında qarşıdurma yaranıb. Nəticədə bir neçə etirazçı yaralanıb, onlarla ərəb tutularaq naməlum istiqamətə aparılıb. Son üç gündə Əhvazda keçirilən etirazlarda tutulanların sayı 40 nəfəri aşıb.

 

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Saman Bidar girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Azərbaucanlı milli fəal Təbriz zindanından girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Bir cavab yazın