Cümə axşamı , Oktyabr 15 2026
azfa

Azərbaycanlı milli fəal İbrahim Asimaninin (Azəroğlu) apellyasiya şikayətinə baxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal İbrahim Asimaninin (Azəroğlu) apellyasiya şikayətinə baxılıb.

Təbrizin 2 saylı Cəza Məhkəməsinin 118 saylı şöbəsində hakim Nəqi Rzainin sədrliyi ilə əvvəllər 3 ay 1 gün həbs və 30 şallaq zərbəsi cəzası alan İbrahim Asimani (Azəroğlu) barəsində apellyasiya məhkəməsi keçirilib.

 “Qeyri-ənənəvi geyimlə ictimai asayişi pozmaq” və “Zöhrə Vəfainin dəfn mərasimində qalmaqal və mübahisə yaratmaq” ittihamları ilə təqsirli bilinən Azəroğlu özünü həm şifahi şəkildə müdafiə edib və məhkəməyə yazılı ifadəsini də təqdim edib.

Məlumatlı mənbələrin sözlərinə görə, onun həbsinə səbəb dəfn mərasimində Azərbaycan milli geyimində iştirak etməsi olub. Məlumatlarda bildirilir ki, tədbirdə olan təhlükəsizlik işçiləri cənab Azəroğlunun paltarını dəyişməsini istəyib və onun müqavimətindən sonra onu həbs edərək Kəşfiyyat İdarəsinə təhvil veriblər.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …