Bazar ertəsi , Avqust 31 2026
azfa

“Əli Əmanzadə” barədə hökm çıxarıldı: Elektron qandalla həbs cəzası

GADTB: Şərqi Azərbaycan əyalətinin cinayət məhkəməsi Təbriz sakini Əli Əmanzadə ilə bağlı iş üzrə qərarını açıqlayıb. Qərara əsasən, o, ittihamlardan biri üzrə bəraət alıb, digər ittiham üzrə isə həbs cəzasına məhkum edilib.

Məhkəmə qərarında bildirilir ki, ona qarşı irəli sürülmüş “rejim əleyhinə təbliğat aparmaq” ittihamı “kütləvi SMS göndərməklə insanları müharibəyə və qırğına təhrik etmək” ittihamı ilə əvəz edilib. Nəticədə məhkəmə İran İslam Cəza Qanununun 512-ci maddəsinə istinad edərək onu 1 il müddətinə azadlıqdan məhrum edib.

Bununla yanaşı, məhkəmə İslam Cəza Qanununun 62-ci maddəsini tətbiq edərək cəzanın elektron nəzarət qandalı ilə, yaşayış yerindən 500 metrlik ərazi hüdudlarında icra olunmasına qərar verib.

Qərarın digər hissəsində isə “ölkənin təhlükəsizliyinə qarşı toplaşma və əlbir olma” ittihamı üzrə kifayət qədər sübut olmadığı əsas gətirilərək, təqsirsizlik prezumpsiyasına uyğun şəkildə bəraət hökmü çıxarılıb.

Bu qərardan 20 gün ərzində Şərqi Azərbaycan əyalətinin apellyasiya məhkəməsinə şikayət verilə bilər.

Həmçinin yoxlayın

Meşkinşəhrin Cəbdərəq kəndində mədən fəaliyyətinə qarşı etiraz aksiyası keçirilib; “Süfrələrimizin çörəyini məhv etməyin”

GADTB: Meşkinşəhr rayonunun Cəbdərəq kəndinin bir qrup sakini “Colgehaye asimani” şirkətinin mədən fəaliyyəti və bunun …

ABŞ və molla rejimin qarşılığılı hücumları ilə gərginlik regionda artdı

GADTB: Bölgədə gərginliyin davam etdiyi bir vaxtda İran İslam Respublikasının silahlı qüvvələri İordaniya və Birləşmiş …