Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta birjası 2019-cu ildən bəri İranla əlaqəli təxminən 3,84 milyard dollar vəsaitin hərəkətində əsas platformalardan biri olub.

Nəşrin istinad etdiyi TRM Labs şirkətinin məlumatına görə, İranla əlaqəli kriptovalyuta cüzdanları CoinEx vasitəsilə milyardlarla dollar köçürüb. Hesabatda platformanın İranın daxili maliyyə sistemi ilə sıx inteqrasiya olunduğu, haker hücumları nəticəsində əldə edilən rəqəmsal aktivlərin emal edildiyi və SEPAH ilə əlaqəli hesablarla əməliyyatlar aparıldığı iddia edilir.

Hesabata əsasən, 2024-cü ildən etibarən CoinEx İranın ən böyük daxili kriptovalyuta birjası olan Nobitex-in əsas xarici tərəfdaşına çevrilərək bu sahədə Binance-i əvəz edib.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …