Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Əlirzabeygidən molla rejimində rüşvət etirafı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı millət vəkili molla rejimində rüşvətin səviyyəsinə etiraf edərək deyib: “İranda nazirlər millət vəkillərinə rüşvət verirlər”.

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi deyib ki, İranda nazirlər impiçment olunmamaq üçün İran parlamentinin üzvlərinə bahalı hədiyyə və avtomobillər verirlər.

O, sənaye, mədən və ticarət naziri Seyid Rza Fatimi Əminin impiçment olunmamaq üçün millət vəkillərinə 75 bahalı avtomobil verdiyini söyləyib. Millət vəkili bu məsələlərlə bağlı parlament üzvlərinə daha əlavə imtiyazlar tanındığını deyib.

Təbriz millət vəkili parlamentin Rəyasət Heyətindən bu imtiyazlar və hədiyyələrin səbəblərini araşdırmasını tələb edib.

Qeyd edək ki, qarşıdakı həftə sənaye, mədən və ticarət nazirinin impiçment olunacağı gözlənilir.

Həmçinin yoxlayın

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …