Bazar , Oktyabr 18 2026
azfa

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistana xəbərdarlıq etdi

GADTB: Biz İrəvanda 1920-ci illərin əvvəllərində Osmanlı siyasi və hərbi rəhbərlərinə, o zamankı Azərbaycan rəsmilərinə və hətta erməni əsilli bəzi Osmanlı vətəndaşlarına qarşı sui-qəsdləri törədənlərə həsr olunmuş “Nemezis abidəsi”nin açılmasını qətiyyətlə pisləyirik.

Bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

 “Bu biabırçı abidənin açılışı 31 diplomatımız və onların ailə üzvlərinin ölümü ilə nəticələnən dəhşətli hücumlara səbəb olan qanlı terror aktını tərənnüm edir. Erməni mətbuatında bu hadisənin necə təqdim olunması da onu göstərir ki, tarixin təhrif olunmuş və təsdiqi mümkün olmayan təfsiri bəzi düşüncələrdə hələ də davam edir.

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin ruhu ilə bir araya sığmayan bu cür təxribatçı addımlar heç bir halda regionda möhkəm, davamlı sülh və sabitliyin bərqərar olması səylərinə töhfə verməyəcək, əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcək”, – deyə XİN-dən bildirilib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …