Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi Şərqi Azərbaycan vilayətində iş yerlərini hicaba görə bağlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi hicaba görə Güney Azərbaycanda iş yerlərini bağlamaqda davam edir.

Şərqi Azərbaycan əyalətində məcburi hicab qaydalarının pozulduğuna görə 7 iş yerinin fəaliyyətinə qadağa qoyulub.

Şərqi Azərbaycan əyalətinin polis qüvvələrinin komandiri Hüseyn Əbdinin mediaya verdiyi açıqlamasında daha 65 iş yerinin sahiblərinə xəbərdarlıq edildiyi bildirilir.

“Hicab qaydalarının pozduqlarına görə 9 nəfərin avtomobili dövlətin xeyrinə müsadirə olunub”,- Əbdi qeyd edib.

Qeyd edək ki, son bir neçə həftədə İranda məcburi hicab qaydalarına riayət edilməyən, orucluq ayında müştərilərə xidmət göstərən, musiqi səsləndirilən və digər səbəblərə görə 1000-dən çox iş yerinin fəaliyyəti qadağan edilib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …