Cümə axşamı , Sentyabr 24 2026
azfa

Əndirgan kəndində xüsusi təyinatlılar kənd sakinlərinə atəş açır

GADTB: Xüsusi təyinatlıların hücumuna məruz qalan Əndirgan kəndində vəziyyət son dərəcə kritikdir.

Yerli mənbələrin məlumatına görə, bir neçə gün öncədən axşam saatlarından təhlükəsizlik və hüquq-mühafizə qüvvələri Əndirgan kəsişməsində beton maneələr quraşdıraraq kəndə giriş-çıxışı əngəlləyir. Kəndi nəzarətdə saxlamaq məqsədilə həyata keçirilən bu tədbir kənd sakinlərinin kəskin etirazı ilə qarşılanıb. Ərazi sakinləri toplaşdıqları yerdə bu məhdudiyyətlərə etiraz ediblər və bu, sakinlərlə molla rejimin qüvvələri arasında toqquşmaya səbəb olub.

Məlumata görə, xüsusi təyinatlılar etirazçıların toplaşdığı yerə atəş açıb. Atışmadan sonra bir neçə kənd sakini yaralanıb. Həmin şəxslər dərhal tibb məntəqələrinə yerləşdirilib və bəzilərinə tibbi yardım göstərilib. Yerli mənbələr xəsarət alanların dəqiq sayını təsdiqləməyib, lakin məlumatlara görə, onlardan bəzilərinin aldığı xəsarətlərin şiddətinə görə təcili müalicə tələb olunur.

Atışmalardan sonra molla rejimin qüvvələri kəndin bütün giriş-çıxışlarını bağlayıb və bu, ərazidə narahatlıqları artırıb.

Xəsarət alanlar arasında Cavad Şərifi, İbrahim Dastani və bəzi digər kənd sakinlərinin də adları müəyyən edilib. Ərazidən əlavə məlumat hələ alınmayıb və vəziyyət kritik olaraq qalır.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …