Cümə , Sentyabr 25 2026
azfa

Ərəb ölkələrinin Türkiyəyə qarşı oyun qurduğu bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vəliəhdi Məhəmməd bin Zayed Əl-Nəhyanın martın 5-də Rusiya və Türkiyə arasında əldə edilən atəşkəs razılaşmasını pozmaq üçün Suriya Prezidenti Bəşər Əsədə 3 milyard dollar pul təklif etdiyi iddia edilib.

Bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.

Bildirilir ki, Məhəmməd bin Zayed Əl-Nəhyan Türkiyə-Rusiya arasında əldə edilən anlaşmadan əvvəl milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Əli əl-Şəmsini Əsədlə görüşmək üçün Dəməşqə göndərib.

İddia edilir ki, Əsəd atəşkəs razılaşmasının pozulması üçün 5 milyard dollar tələb edib. Ancaq tərəflər 3 milyard dollara razılaşıb. Atəşkəs imzalanmadan öncə Əsədə 250 milyon dollar ödəniş edildiyi vurğulanıb.

Rusiya plandan xəbərdar olduqdan sonra isə Prezident Vladimir Putin Müdafiə naziri Sergey Şoyqunu Dəməşqə göndərib.

Şoyqu Dəməşq ziyarətində Əsədə “Yeni hücum başlatmağını istəmirik. Rusiya atəşkəsin davam etməsini istəyir”, – deyib.

İddia edilir ki, Şoyqunun ziyarətindən sonra Məhəmməd bin Zayed Əl-Nəhyanın Əsədə daha 1 milyard dollar ödəniş edib.

Həmçinin yoxlayın

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …

Bir cavab yazın