GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın bir neçə bölgəsindən olan bir qrup azərbaycanlı milli-mədəni fəal, yazıçı və ziyalılar Əedəbil şəhərində bir araya gəlib.
Tanınmış azərbaycanlı milli fəal və keçmiş siyasi məhbus Abbas Lisaninin evində keçirilən görüşdə Güney Azərbaycandakı müxtəlif məsələlər və problemlər müzakirə olunub.
Martın 29-da keçirilən görüşdə çıxış edən Abbas Lisani hakimiyyətin, xüsusilə ETTELAAT orqanlarının Güney Azərbaycan Milli Hərəkatını parçalamaq uğrundakı fəaliyyətləri barədə danışıb.
Abbas bəy çıxışında deyib: “Azərbaycan millətinin yolunda hamımız özümüzə fədai gözü ilə baxmalı və imkanlarımıza uyğun olaraq hədəflərimizə çatmaq üçün milli mübarizəni davam etdirməliyik. Azərbaycan xalqının milli iradəsinə əsaslanan ədalətli hökumətin formalaşacağı, xalqımızın özünü idarə etmək, torpağımıza göz tikən radikallar qarşıdında dayana bilmək gücünə malik olduğumuz vaxt istklərimiz reallaşacaq”.
Lisani bu gün Azərbaycan milli azadlığı uğrunda əziyyət çəkən, təqib və həbslərə məruz qalanların Azərbaycanın gələcəyində hansısa məqam və vəzifə ummadıqlarına bir daha təkid edib.
Abbas Lisani həmçinin deyib: “Bizim vəzifəmiz sadəcə azad Azərbaycanın qurulması üçün şərait yaratmaqdır. Hədəfimiz Azərbaycan xalqının yüksəlişi, firavanlığı və səadətinin təmini yolunda texnokratların, alimlərin, mütəxəssislərin təcrübəyə, elmə və məntiqə arxalanaraq, milli maraqlara sadiq şəkildə işləyə bilmələrinə şərayit yaratmaqdır”.