Cümə axşamı , May 7 2026
azfa

Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı Fransaya xəbərdarlıq etdi

GADTB: Türkiyə Milli Müdafiə Nazirliyi Fransaya məxsus döyüş təyyarəsinin Şimali Kipr Türk Cümhuriyyətinin hava məkanını pozmasına təpki göstərib.

Qurum Fransanın bölgədəki fəaliyyətlərinin yaxından izlənildiyini bildirib.

“Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyinə təhdid yarada biləcək hər hansı gəlişməni yaxından izləyirik. Bildirmək istərdik ki, bölgədə Fransaya aid uçuşlar da yaxından izlənilir və koordinasiya edilir.

Sözügedən hadisə ilə bağlı Fransa hərbi attaşesi nazirliyimizə dəvət edilib və bölgə ilə bağlı həssaslıqlarımız çatdırılıb. Rabitə kanalları açıq saxlanılır və fransalı həmkarlarımızla lazımi qiymətləndirmələr aparılır.

Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyini təmin etmək, beynəlxalq hüquqa zidd olaraq həyata keçirilən bütün fəaliyyətlərə qarşı hüquq və maraqlarını qorumaq üçün lazımi hərbi-siyasi tədbirləri görməyə davam edirik. Keçmişdə olduğu kimi, bu gün də, sabah da zəmanət və müttəfiqlik müqavilələri çərçivəsində Kipr türklərinin təhlükəsizliyi, sülhü və rifahı üçün nəyin bahasına olur-olsun lazımi tədbirləri görməyə davam edəcəyik”, – bəyanatda belə deyilir.

Həmçinin yoxlayın

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …