Çərşənbə , Oktyabr 21 2026
azfa

Ərdəbildə qrafit: “Qadağaya məruz qalan siyasi məhbus Abbas Lisani”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 19-da Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı milli-mədəni fəallar Ərdəbil zindanının 7-ci bölməsində həbsdə saxlanılan 15 il həbs cəzasına məhkum edilən azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbi ilə divara qrafit çəkilib.

Azərbaycanlı milli fəalalr Ərdəildə divara Abbas Lisaninin qrafit formasında şəklini çəkib və şüarlar yazıblar.

Qrafitdə Abbas Lisaninin şəkli ilə yanaşı “Qadağaya məruz qalmış siyasi Məhbus Abbas Lisani” şuarı yazılmışdır.

Azərbaycanlı siyasi məhbus Abbas Lisaninin sağlıq durumunun kəskin ağırlaşması ilə bağlı azərbaycanlı milli-mədəni fəallar müxtəlif vasitələrlə ona dəstəyini bildirib, azadlıq tələb ediblər.

Qeyd edək ki, 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …