Cümə , Dekabr 27 2024
azfa

Ərdəbildə şüarlar: “Türk milləti türk dövləti istəyir! Azadlıq, ədalət, milli hökumət!”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı fəallar Azərbaycan Milli Hərəkatının əsas istəyini divarlara həkk ediblər.

Güney Azərbaycanın milli fəalları Ərdəbildə molla rejiminin müstəmləkəçilik siyasətinə qarşı mübarizə kampaniyası çərçivəsində şüarlar yazılmış vərəqələri divaralara yapışdırıb və ya paylayıblar.

Azərbaycanlı fəallar Azərbaycan Milli Hərəkatının əsas istəyini hamıya çatdırıblar.

Divarlara yapışdırılan vərəqələrdə yazılıb: “Türk milləti türk dövləti istəyir! Azadlıq, ədalət, milli hökumət!”.

Həmçinin yoxlayın

Azərbaycan parlament dünya azərbaycanlılarına müraciət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq. Bu, …

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …