
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil şəhərində Qacar dövrünün memarlıq nümunələrindən olan tarixi Məşrutə evi baxımsızlıq üzündən daılmaq üzrədir.
Tarixi bina Rusiya səfirliyinin Ərdəbildəki mədəniyyət məsələləri üzrə nümayəndəsi İsmayıl bəy Şirvaniyə məxsus olub.
Bina 2019-cu ilin dekabr ayında İranın Tarixi Abidələrin Qeydiyyat İdarəsinin mütəxəssislərinin razılığı ilə ölkənin milli abidələri siyahısında qeydə alınıb. Lakin molla rejimi ayrıseçkilik edərək binanın təmiri, bərpası və qorunması üçün vəsait ayırmır. Ona görə də tarixi ev dağılmaq üzrədir.