Çərşənbə , Oktyabr 14 2026
azfa

Güney Azərbaycanda 3000 illik tarixi kitabə dağılmaq üzrədir

GADTB: Güney Azərbaycanın Əhər bölgəsinin Şüşə kəndində 3000 illik tarixi kitabə İranın Mədəni İrs İdarəsinin rəsmilərinin səhlənkarlığı ucbatından dağılmaq üzədir.

Tarixi kitaba Qaradağ meşələrində, Şüşə kəndində yerləşir. Abidə eramızdan əvvəl 1-ci minillikdə hökm sürmüş ikinci Argiştiyə məxsusdur, kitabə mixi yazı ilə Urartu dilində yazılmışdır. Abidə 15 mart 2001-ci ildə dövlət qeydiyyatına alınmışdır.

Bu gün həmin abidənin qeydiyyata alınmasının ildönümüdür və təəssüf ki, yerli mənbələr kitabənin məhv olmaq üzrə olduğunu deyirlər.

Qeyd edək ki, Şərqi Azərbaycan Mədəni İrs İdarəsinin rəsmisi abidəni yerində mühafizə etmək planlarının olduğunu, ancaq bunun işə yaramayacağı təqdirdə kitabənin muzeyə daşınacağını bildirmişdi, ancaq onun bu vədi indiyədək yerinə yetirilməmiş qalıb.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …