Çərşənbə , Oktyabr 21 2026
azfa

Ərdəbildə vasiqi qardaşları üçün qrafit; “İki mədəni fəal, iki qardaş, iki il həbs”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Ərdəbil şəhərində azərbaycanlı milli-mədəni fəallar rejimin Ərdəbil zindanında həbs etdiyi Vasiqi qardaşlarının həbsinə etiraz olaraq divarlara qrafit çəkilib.

Azərbaycanlı milli-mədəni fəallar “İki mədəni fəal, iki qardaş, iki il həbs” qrafitini Ərdəbil şəhərinin divarlarından birinin üzərinə çəkməklə Ərdəbilin mərkəzi zindanında həbsdə olan Əli və Rza Vasiqi qardaşlarının sağlıq durumundan narahaçılığını bildiriblər.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Rza Vasiqini 5 il həbsə məhkum edib. Əli Vasiqini 3 il və qardaşı Rza Vasiqini 2 il həbsə məhkum edib.

Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi, hakim Məhdəviradın sədrliyi iki qardaş Əli və Rza Vasiqini, “Vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

Bu qərar avqustun 18-də çərşənbə axşamı günü Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin ofisində şifahi olaraq azərbaycanlı fəallara elan edilib.

1985-ci ildə Ərdəbildə anadan olan Əli Vasiqi iki qız atasıdır. O, 2011, 2015 və 2018-ci illərdə də milli-mədəni fəaliyyətlərinə görə saxlanılıb, işgəncə görüb və həbs edilib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın