Çərşənbə , Oktyabr 28 2026
azfa

Ərdəbilli millət vəkilindən Heyran gədiyi ilə bağlı Daxili İşlər Nazirliyinə məktub – sənəd

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Ərdəbilli millət vəkili Südeyif Bədri irqçi fars rejiminin Güney Azərbaycanın Ərdəbil vilayətinin Heyran gədiyi bölgəsini qopararaq Gilana birləşdirməsinə etiraz edib.  O İran adlanan ölkənin daxili işlər naziri Əbdulrza Rəhmani Fəzliyə məktub ünvanlayaraq Heyran gədiyi ilə bağlı lazımsız və gərginliyə səbəb olan hərəkətlərin qarşısının alınmasını tələb edib.

“Yazılı xəbərdarlıq” başlığı ilə bazar günü S.Bədrinin Rəhmani Fəzliyə ünvanladığı məktubda deyilir: “Heyran məntəqəsində Gilan vilayəti və Astara şəhərinin bəzi hörmətli məsullarının lazımsız və gərginliyə səbəb olan qeyri-prinsipial hərəkətlərinin qarşısı alınsın”.

Millət vəkili S.Bədri məsələnin həssas olduğuna toxunaraq, Gilan rəsmilərinin hərəkətlərinin nəticələri ilə bağlı xəbərdarlıq edib və bildirib ki, Heyran gədiyində quraşdırılan lövhələr dərhal qaldırılmalıdır.

Qeyd edək ki, irqçi fars rejimi Güney Azərbaycanın Ərdəbil vilayətinin Heyran gədiyini Azərbaycandan qoparıb Gilana birləşdirmək istəyir. Keçmiş illərdə isə Astaradan Rəştə qədər böyük bir ərazi Azərbaycandan qopardılaraq Gilana birləşdirilmişdir.

Həmçinin yoxlayın

Qrossidən BMT-də İranın dünyaya yaratdığı nüvə təhlükəsi barədə ciddi xəbərdarlıq: Silah səviyyəsinə yaxın zənginləşdirilmiş 440 kiloqram uranın taleyi hələ də məlum deyil

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi 2026-cı il aban ayının 5-də, …

Məkkə Sazişi Türkiyə Böyük Millət Məclisindən keçib

GADTB: Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Məkkə Müdafiə İttifaqı ilk qanunvericilik mərhələsindən – …

Bir cavab yazın