Ərdoğan Azərbaycanla düşmənçilik edən İrana Güney Azərbaycanı xatırlatdı: “Onların sayı göz önündədir”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “İran İsraillə münasibətlərinə görə Azərbaycanı “hədəf taxtası”na qoya bilməz. Mənim şəxsən elə bir gözləntim yoxdur”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə dair sualına cavabında deyib.

Türkiyə lideri bu gün İranda yaşayan azərbaycanlılarının sayının göz önündə olduğunu xatırladıb.

“Bu təbii ki, düşündürücüdür. Elə də asan deyil. Atılan addım yanlışdır. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu yanlışı davam etdirməyəcək”, – Ərdoğan vurğulayıb.

Həmçinin yoxlayın

Zəncanda kənd təsərrüfatı işçiləri etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər saatlarında İran Kənd Təsərrüfatı Nazirliyinin …

GADTB Beynəlxalq Əlaqələr Departamentinin İran mola rejiminin Azərbaycan və Türkiyəyə qarşı səsləndirdiyi ifadələlərlə bağlı bildirişi

GADTB: GADTB Beynəlxalq Əlaqələr Departamenti İran mola rejiminin Azərbaycan və Türkiyəyə qarşı səsləndirdiyi ifadələlərlə bağlı …