Çərşənbə , Oktyabr 21 2026
azfa

Ərdoğandan: “Türkiyə üzv olmadan Avropa Birliyi güc mərkəzi ola bilməz”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Bütün səylərimizə baxmayaraq, Türkiyənin Avropa İttifaqının tamhüquqlu üzvü kimi qəbul edilməməsinin məntiqini anlamaqda çətinlik çəkirik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən Cənubi Şərqi Avropa Əməkdaşlığı Prosesi Zirvəsində bildirib.

Prezident Türkiyənin üzv olmadığı Avropa İttifaqının güc mərkəzi sayıla bilməyəcəyini deyib:

“Türkiyənin Avropa İttifaqının tamhüquqlu üzvü kimi qəbul edilməməsinin məntiqini anlamaqda çətinlik çəkirik. Bu nöqteyi-nəzərdən Türkiyənin üzv olmadığı qurum güc mərkəzi hesab edilə bilməz”.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …