GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ordusunun Suriyada mümkün antiterror əməliyyatına qarşı Suriya hökuməti ilə PKK/YPG terror təşkilatı razılığa gəlib. Bu barədə “Haber7.com” saytı məlumat yayıb.
Bildirilir ki, Bəşər Əsəd hakimiyyətinə məxsus qüvvələr PKK/YPG-nin nəzarət etdiyi bölgələrə tank və zirehli texnika ilə dəstək verəcək.
Suriya hökuməti tərəfindən hərbi yardım, əsasən, Ayn-İsa və Kobani bölgələrinə göndəriləcək.
Qeyd edək ki, bu həm də əslində İran, Rusiya və Suriyanın Türkiyəyə qarşı PKK terror təşkilatına dəstək verməsi anlamına gəlir.