Cümə axşamı , Sentyabr 24 2026
azfa

‍ Ermənistanın Naxçıvanı ilhaq planını ilk ifşa edən görkəmli diplomatımız

GADTB: Azərbaycanın milli, taleyüklü məsələlərini fəaliyyətinin əsas istiqamətinə çevirən siyasi xadimlərimizin arasında bu ad cəmiyyətimizin böyük bir hissəsinə bəlli deyil. Halbuki, Ermənistanın Naxçıvanı ilhaq planını ilk ifşa edən də məhz odur.  O, Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistandakı səfiri Məhəmməd Xan Təkinskidir.

Təkinsikinin olduqca vətənpərvər və milli düşüncəyə sadiq diplomat olması və işlədiyi yerlərdə hətta riskli olsa belə,  vətənpərvər addımlar atması ermənilərin belə etiraflarında və arxiv sənədlərində yer almışdır. Təsadüfi deyildir ki, Ararat respublikası rəsmiləri onun Azərbaycanın gizli xəfiyyəsi olması barə fikirlər bildirmişlər.

1918-cil dekabr ayında xarici işlər naziri vəzifəsinin icrası müvəqqəti olaraq M.X.Təkinskiyə həvalə olunur. A. Paşayev yazır ki, Təkinskinin dekabrın 9-da o, cümhuriyyət hökumətinin Gürcüstandakı nümayəndəsi M.Y.Cəfərova göndərdiyi təlimatda Ermənistanın Tiflisdəki nümayəndəsinə Qazax qəzasının Qaraqoyunlu kəndinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu və heç bir vaxt Ermənistan Respublikasının tərkibinə daxil olmaq istəmədiyini bildirməyi tapşırır.

Bundan sonra, M.Təkinski  1919-cu il yanvar ayının 29-da Azərbaycan Cümhuriyyəti hökumətinin Ermənistan Respublikası hökuməti yanında diplomatik nümayəndəsi təyin olunur. Onun Ermənistanda fövqəladə səfir fəaliyyətinin bütün dövrü erməni məkrli planlarının ifşa edilməsi, qarşısının alınması şəraitində keçir.  Arxiv sənədlərində qeyd olunur ki, erməni-daşnak hərbi birləşmələri haqqında məlumat toplayan diplomatımız, eyni zamanda, Naxçıvan və Şərurun ermənilər tərəfindən işğalının qarşısının alınmasında mühüm rol oynayıb.

Qəhrəman diplomatımız daşnak qoşunlarının hücumları, Naxçıvanla sərhəd bölgələrdə hərbi-siyasi vəziyyət haqqında şifrəli teleqramlar göndərərək oraya kömək lazım olduğunu bildirib və dolayısıyla Naxçıvandakı soyqırımların qarşısının alınmasına kömək edib.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …