Şənbə , Oktyabr 24 2026
azfa

‏ Tramp İran rəhbərliyi üçün “üç nəfərlik” siyahısı olduğunu iddia edir

GADTB: Donald Trump İranın gələcək rəhbərliyi ilə bağlı “üç çox yaxşı namizəd”dən ibarət siyahısının olduğunu bildirib.

Tramp bazar günü The New York Times qəzetinə müsahibəsində İran rəhbərliyi üçün üç variantın olduğunu desə də, adları açıqlamayıb. O vurğulayıb ki, “hazırda bu adları açıqlamaq niyyətində deyil və əvvəlcə işi tamamlamaq daha məqsədəuyğundur.”

Müsahibənin digər hissəsində Tramp İranın siyasi gələcəyində Ali Larijaninin mümkün rolu ilə bağlı suala cavab verməyib. Bəzi ekspertlər bu sükutu mövcud hakimiyyət strukturları daxilində irəli sürülən ssenarilərə məsafəli yanaşma kimi qiymətləndirirlər.

Tramp həmçinin ümid etdiyini bildirib ki, İran İslam Respublikasının hərbi qüvvələri, o cümlədən Sepah və s. “silahlarını İranda xalqa təhvil verərlər”.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …