GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkədə tələbə günü münasibəti Tehran Universitetində çıxış edən Məsud Pejeşkian Azərbaycanın türk millətinin tələblərini etnik tələb adlandıraraq deyib ki, biz özümüz etnik tələbləri irəli sürməliyik ki, biganələr ondan istifadə etməsinlər.
Ətraflı oxu »Gündəlik Arxivlər: Dekabr 6, 2017
Güney Azərbaycanlı idmançı Səid Əli Hüseyni ağırlıqqaldırma üzrə dünyada ikinci yeri tutub
GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, ABŞ-da ağırlıqqaldırma üzrə keçirilən dünya çempionatında Güney Azərbaycanlı idmançı Səid Əli Hüseyni 105 kiloqramdan yuxarı çəki dərəcəsində birdən qaldırma yarışında bürünc, təkanla qaldırmada isə gümüş medal qazanıb. O təkanla qaldırma yarışında 236, 243 və 251 kq çəkiləri qaldırıb.
Ətraflı oxu »Rusiyanın işğalçı Ermənistana güzəştli kreditlə silah satma layihəsi təsdiqləndi
GADTB-nin Mətbuat Mərkəzinin “Türküstan”saytına istinadən yaydığı məlumata görə, Ermənistan parlamenti Rusiyadan silah alaış-verişi üçün ayrılan növbəti 100 milyon dollarlıq krediti ratifikasiya etdi. Silah satışı barədə razılıq oktyabr ayında – Ermənistan və Azərbayсan prezidentlərinin Сenevrə görüşü önсəsi əldə edilib. Sənədin leyhinə 92 deputat səs verib.
Ətraflı oxu »Təbrizin İncəsənət Universitetində öyrəncilərin etirazı
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin İncəsənət Universitetinin öyrənciləri dekabr ayının 5-də universitetdə ciddi nəzarət və təzyiq atmosferinin olmasına, eləcə də universitetdə xidmətlərin zəif olmasına etiraz ediblər.
Ətraflı oxu »Diktatorların himayədarları Rusiyanın idmanı da dopinqləşib
GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, dünyada quldurluq edən, qoşu ölkələrdə münaqişə yaratmaqla istismarçı siyasətini davam etdirən, eləcə də dünyada diktatorları himayə edən Rusiyanın idmanı da ədalətdən, düzlükdən uzaqdır. Artıq Rusiya idmançıları dopinq məsələsinə görə, cərimələnib.
Ətraflı oxu »Cənubi Azərbaycanda 1946-cı il (21 Azər) soyqırımı
İranda 1946-cı ildə Pəhləvi rejimi Cənubi Azərbaycanı işğal etmək məqsədilə hücuma keçəndə yerli əhaliyə, Azərbaycan Demokrat Firqəsinin və Milli Hökumətin öz şəhərlərini tərk etməyən rəsmiləri və məmurlarına qarşı soyqırım törədib. Törədilən soyqırım planlı şəkildə həm İran ordusu, həm də Pəhləvi rejiminə bağlı olan mülki geyimli jandarmlar, eləc də rejimə bağlı …
Ətraflı oxu »İran rejimi ana dilinin tədrisində də türklərlə kürdlər arasında ayrı-seçkilik edir
GADTB-nin Mətbuat Mərkəzinin “Yolpres” saytına istinadən yaydığı məlumata görə, İran adlanan ölkədə kürdlər öz yaşadığı bölgələrdə fars dili ilə yanaşı 5 ildir kürcə də təhsil alırlart. Yəni Kürdüstanda ən azından konstitusiyanın 15-ci maddəsi icra edilmişdir. Ancaq Azərbaycan türklərinə bu hüquq verliməyib və bu haqqın Azərbaycanın türk əhalisi üçün verilməsi gərəklidir. …
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi