GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ bundan sonra da İranla nüvə proqramı barədə razılaşmanın çatışmazlıqlarının aradan qaldırılması istiqamətində çalışacaq. Bu sözlər ABŞ Dövlət katibi Reks Tillersonun “Nyu York Tayms” qəzetində dərc olunan məqaləsində yer alıb.
Ətraflı oxu »Aylıq Arxivlər: Dekabr 2017
Ərdəbil-Bakı və Ərdəbil-Van təyyarə xətti açılacaq
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan Məlumata görə, Ərdəbildən Bakıya və Vana uçuş xəttinin açılacaq. Bu barədə Ərdəbil millət vəkillərinin qrupunun sədri Sudeyf Bdəri açıqlama verib.
Ətraflı oxu »Güney Azərbaycan şairi və ədib Mirhüseynqulu Riyahifər dünyasını dəyişib
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanlı şair və ədib Mirhüseynqulu Riyahifər dünyasını dəyişib. Şairin xəstəlik nəticəsində Mərənd şəhərində xəstəxanada vəfat etdiyi bildirilir.
Ətraflı oxu »Fars rasizminin rəsmi orqanı “İran” qəzeti Azərbaycanı hədəf almaqda davam edir
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyini yayan İran rejiminin rəsmi qəzeti olan “İran” qəzetinin Azərbaycanın əsil sahiblərinin ermənilər, kürdlər və tatlar olmasını yazaraq, həqiqətləri təhrif etməsinə etirazlara baxmayaraq, nə qəzet, nə də məqalə müəllifi Azərbaycan türklərindən üzr istəməyiblər. Onlar Azərbaycanın türk millətinə qarşı düşmənçiliklərini davam etdiriblər.
Ətraflı oxu »GADTB Başqanı Əjdər Tağızadənin 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi Günü və 2018-ci il münasibətilə savı
Sevimli Türk Millətim! Sizi birlik-dayanışma rəmzi olan 31-dekabr münasibətilə ürəkdən təbrik edirəm. Böyük Türk millətinə gərçək bayram olacaq 50 milyonluq bütöv Azərbaycan vətəni diləyirəm. Qoy, o günümüz iran adlanan yerin böyük yıxıntının xarabalıqları üzərində qurulsun. Çünki, bu uğursuz ad yer üzündə varkən, faşist farsçı rejimin çəmbəri altında əzilən başda Türk …
Ətraflı oxu »Təbriz əhalisinin 3-də biri zəlzələyə davamı olmayan evlərdə yaşayır
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin ayrıseçkilik siyaəsti nəticəsində Güney Azərbaycanın mərkəzi şəhəri olan Təbrizdə əhalinin yoxsullaşması nəticəsində əhalinin 3-də biri zəlzələyə davamı olmayan evlərdə yaşayır.
Ətraflı oxu »“İran” qəzeti erməniləri, kürdləri və tatları Azərbaycanın əsil sahibləöri adlandırıb
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk düşəni və anti-Azərbaycan “İran” qəzeti dünən çap olan sayında Azərbaycan tarixini təhrif edib. Qəzet qərəzli şəkildə Azərbaycanın əzəli əhalisi və sahibi olan türk xalqını buraya köçüb gələmə adlandırıb.
Ətraflı oxu »Türkiyə Rusiyadan 2,5 mlrd. dollar dəyərində 4 divizion “S-400” kompleksi əldə edir
GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə Rusiyadan 2,5 mlrd. dollar dəyərində 4 divizion “S-400” zenit-raket kompleksi əldə edir. APA-nın yaydığı məlumata görə, bu barədə “Rostex”in baş direktoru Sergey Çemezov “Kommersant”a verdiyi müsahibədə bildirib.
Ətraflı oxu »Almaniya Avropa İttifaqına Türkiyə ilə münasibətlərin yeni modelini təklif edir
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Brüssel Ukrayna və Türkiyə ilə qarşılıqlı münasibətlərini Böyük Britaniyanın Avropa İttifaqından çıxması nəticələrinə görə formalaşacaq yeni model üzrə qurmağa başlaya bilər. AZƏRTAC xəbər verir ki, bu fikri Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Alman media konserni Funke Mediengruppeyə müsahibəsində səsləndirib.
Ətraflı oxu »İraq Kürdüstanı parlamentinin spikeri istefa verib
İraq Kürdüstanı parlamentinin spikeri Yusif Məhəmməd dekabrın 26-da istefa verdiyini bəyan edib. Rudaw telekanalının yaydığı məlumata görə, spiker bu addımı rəhbərlik etdiyi “Qorran” (“Dəyişikliklər”) partiyası region hökumətindən çıxdıqdan bir neçə gün sonra atıb.
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi