Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Ərdəbil-Bakı və Ərdəbil-Van təyyarə xətti açılacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan Məlumata görə, Ərdəbildən Bakıya və Vana uçuş xəttinin açılacaq. Bu barədə Ərdəbil millət vəkillərinin qrupunun sədri Sudeyf  Bdəri açıqlama verib.  

Bdəri deyib ki, Məclisin Abadlıq Komissiyasının iclasında əldə olunan razılığa görə Ərdəbildə Bakıya və Vana uçuş xətti açılır. O məclisdə Hava Yolları Şirkəti, eləcə də Homa, Asiman, Saha, İran eyrtur və s. hava yolları şirkətlərinin rəisi ilə görüşündə Ərdəbil və Parsabad hava limanlarından uçuş xətləri məsələsini müzakirə etdiyini bildirib. O qeyd edib ki, Ərdəbildən uçuş xətlərinin sayı və vaxtı, eləcə də Parsabad hava limanının açılışı barədə mühüm anlaşmalar əldə olunub. O gələn ilin sonlarına qədər Ərdəbil-Bakı  və əksinə, dörd ay sonra isə Ərdəbil-Van və əksinə uçuş xəttinin açılacağını bildirib.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın